AAYDA: Bibiheybət yolu sabah açılacaq

AAYDA: Bibiheybət yolu sabah açılacaq Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda hərəkətin bərpası nəzərdə tutulub.
İnfrastruktur
30 Dekabr , 2019 13:54
AAYDA: Bibiheybət yolu sabah açılacaq

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda hərəkətin bərpası nəzərdə tutulub.

 Bu barədə "Report"a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib. 

Məlumata görə, ən azı 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün hazırda ərazidə işlər aparılır, yol asfaltlanır.

AAYDA-dan verilən məlumatda bildirilir ki, asfalt-beton örtüyünün döşənməsinin bu gecə yekunlaşdırılması, 31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşdırılması nəzərdə tutulur: "31 dekabr günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır. Ərazidə gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur. İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi