Bəşir Hacıyev: "Böyük Qayıdış" proqramı çərçivəsində Füzulidə 1 şəhər və 10 kənd təhvil veriləcək"

Bəşir Hacıyev: "Böyük Qayıdış" proqramı çərçivəsində Füzulidə 1 şəhər və 10 kənd təhvil veriləcək" "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası başa çatana qədər Füzuli rayonunda 1 şəhər və 10 kənd inşa olunaraq təhvil verilməlidir.
İnfrastruktur
13 Dekabr , 2023 12:18
Bəşir Hacıyev: Böyük Qayıdış proqramı çərçivəsində Füzulidə 1 şəhər və 10 kənd təhvil veriləcək

"Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası başa çatana qədər Füzuli rayonunda 1 şəhər və 10 kənd inşa olunaraq təhvil verilməlidir.

"Report" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Bakıda keçirilən "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfrans çərçivəsində təşkil edilmiş "Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri" mövzusunda panel müzakirələrində bildirib.

"İndiyə qədər Füzulidə bir çox işlər görülüb. Zəfər yolu və beynəlxalq hava limanı tikilib. Füzuli-Hadrut yolunun inşası başa çatdırılıb və təhvil verilib. Hazırda tikintisi başa çatan ərazilərdə əhali məskunlaşdırılır", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi