Bəşir Hacıyev: "Ağdam-Füzuli avtomobil yolunun inşası gələn il yekunlaşacaq"

Bəşir Hacıyev: "Ağdam-Füzuli avtomobil yolunun inşası gələn il yekunlaşacaq" Gələn il Ağdam-Füzuli avtomobil yolunun inşasının yekunlaşdırılması nəzərdə tutulub.
İnfrastruktur
13 Dekabr , 2023 12:09
Bəşir Hacıyev: Ağdam-Füzuli avtomobil yolunun inşası gələn il yekunlaşacaq

Gələn il Ağdam-Füzuli avtomobil yolunun inşasının yekunlaşdırılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Bakıda keçirilən "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfrans çərçivəsində təşkil olunmuş "Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri" mövzusunda panel müzakirələrində bildirib.

Bundan başqa, o qeyd edib ki, Bərdə-Ağdam avtomobil yolunun inşası da yekunlaşmaq üzrədir.

"Artıq həmin ərazidə "Azərenerji" ASC 2 yarımstansiya istifadəyə verib. Ağdamda "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq 2026-cı ilin sonuna qədər 5 yaşayış məhəlləsi və 12 kənd inşa olunaraq sakinlərə təhvil veriləcək. Ağdamda tarixi-mədəni abidələr də bərpa olunur, mərkəzi və meşə parkları layihələndirilir və yaxın zamanda inşasına başlanacaq. Ağdam əvvəllər də sənaye şəhəri kimi tanınıb. İndi burada sənaye parkı var və rezidentlər zavod, fabriklərin inşasına başlayıb. Növbəti il onların bir neçəsinin açılışı olacaq", - deyə B.Hacıyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi