Bələdiyyəyə məxsus ilk müntəzəm marşrut xətti üzrə ayda 15-16 min sərnişin daşınır

Bələdiyyəyə məxsus ilk müntəzəm marşrut xətti üzrə ayda 15-16 min sərnişin daşınır Bakı. 23 iyul. REPORT.AZ/ Bu yaxınlarda Zirə və Mərdəkan qəsəbələrini əlaqələndirən yeni təşkil olunan 152 nömrəli müntəzəm marşrut xətti üzrə ay ərzində 15-16 min sərnişin daşınır.
İnfrastruktur
23 İyul , 2018 10:13
Bələdiyyəyə məxsus ilk müntəzəm marşrut xətti üzrə ayda 15-16 min sərnişin daşınır
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ Bu yaxınlarda Zirə və Mərdəkan qəsəbələrini əlaqələndirən yeni təşkil olunan 152 nömrəli müntəzəm marşrut xətti üzrə ay ərzində 15-16 min sərnişin daşınır.

Bakı Nəqliyyat Agentliyindən “Report”a verilən məlumata görə, Zirə sakinlərinin və bələdiyyəsinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilən xəttin əsas özəlliyi onun bələdiyyənin yaratdığı hüquqi şəxsin istismarına verilən ilk müntəzəm marşrut olmasıdır.

“Marşrut xətti üzrə sərnişindaşıma bu sahədə mövcud tələblərə cavab verən iki ədəd müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçirilir. Marşrut xəttinin istifadəyə verilməsi ilə Zirə qəsəbəsi sakinlərinin ictimai nəqliyyatdan istifadə etməklə şəhər mərkəzi eləcə də ətraf yaşayış yerlərinə gediş-gəlişi asanlaşıb”,- məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi