Belarus “Şimal-Cənub” dəhlizi vasitəsilə İrana yüklərin çatdırılması üçün üç sxem hazırlayıb

Belarus “Şimal-Cənub” dəhlizi vasitəsilə İrana yüklərin çatdırılması üçün üç sxem hazırlayıb Belarusun Nəqliyyat və Rabitə Nazirliyi "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə yük konteynerlərinin İrana çatdırılması üçün üç marşrut hazırlayıb.
İnfrastruktur
12 Oktyabr , 2023 11:30
Belarus “Şimal-Cənub” dəhlizi vasitəsilə İrana yüklərin çatdırılması üçün üç sxem hazırlayıb

Belarusun Nəqliyyat və Rabitə Nazirliyi "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə yük konteynerlərinin İrana çatdırılması üçün üç marşrut hazırlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu nəqliyyat və rabitə naziri Aleksey Lyaxnoviç deyib.

“Qərb marşrutu yüklərin dəmir yolu ilə Azərbaycan və İran sərhədindəki Astara stansiyasına, daha sonra isə avtomobil yolu ilə İran alıcılarına daşınmasını, mərkəzi marşrut dəmir yolu ilə Həştərxan vilayətinin limanlarına daşınmasını nəzərdə tutur. Orada onlar dəniz nəqliyyatına yüklənəcək və İranın Bəndər-Ənzəli limanına çatdırılacaq. Şərq marşrutu üzrə konteynerlər dəmir yolu relsləri ilə Akyayla (Türkmənistan) sərhəd stansiyalarına qədər hərəkət edəcək. Daha sonra onlar İrana göndəriləcək”, - A. Lyaxnoviç vurğulayıb.

Nazir xatırladıb ki, Belarus ixrac yüklərinin daşınması üçün Rusiyanın 20 limanından istifadə olunur: “Yük daşımaları Rusiyanın Şimal-Qərb regionunun limanları, cənub dənizlərinin limanları, Çin, Asiya ölkələri istiqamətində quru yolları, habelə İran və Hindistan istiqamətində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən istifadə edən marşrutlar, Xəzər dənizinin limanları və bir sıra digər istiqamətlər üzrə həyata keçirilir”.

Son xəbərlər

Orphus sistemi