Səfir: "Belarus Azərbaycanla müntəzəm dəmir yolu əlaqəsi qurmağı planlaşdırır"

Səfir: "Belarus Azərbaycanla müntəzəm dəmir yolu əlaqəsi qurmağı planlaşdırır" Belarus "Şimal-Cənub" layihəsinə və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə maraq göstərir
İnfrastruktur
27 Dekabr , 2018 13:11
Səfir: Belarus Azərbaycanla müntəzəm dəmir yolu əlaqəsi qurmağı planlaşdırır
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 27 dekabr. REPORT.AZ/ "Belarus "Şimal-Cənub" layihəsinə və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə maraq göstərir".

"Report" xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında bildirib.

"Belarus Minsk-Bakı dəmir yolu marşrutunun yardılmasında maraqlıdır. Azərbaycan "Şimal-Cənub", "Böyük İpək Yolu" kimi infrastruktur layihələrdə iştirakına görə Belarusu cəlb edir", - diplomat deyib.

Onun sözlərinə görə, bu il Azərbaycan və Belarus arasında yük daşımaları 400 min ton təşkil edəcək.

Səfir xatırladıb ki, Altayda güclü logistik mərkəz var və Belarus mallarını Bakı-Tbilisi-Qars marşrutu ilə Gürcüstana, Türkiyəyə tədarük etmək məqsədilə onun imkanlarından yararlana bilər.

G.Axramoviç Bakı ilə Minsk arasında müntəzəm dəmir yolu əlaqəsinin qurulmasının zəruri olduğunu qeyd edib: "Məsələn, həftədə iki dəfə 50-60 vaqonlu sürətli marşrutla".

Onun sözlərinə görə, Azərbaycan kimi, Belarus bir sıra nəqliyyat layihələrində iştirak etdiyindən Azərbaycan üçün maraqlı ola bilər: "Bu cür planların həyata keçirilməsi Azərbaycanda xidmət sektorunun inkişafına yardım edəcək. Azərbaycan və Belarusun böyük logistik mərkəzlərin yaradılmasında böyük potensialı var".

Son xəbərlər

Orphus sistemi