2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 63,35 km avtomobil yolu əsaslı şəkildə təmir olunub.
Bunu “Report”un yerli bürosuna açıqlamasında Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Bəhruz Əsgərov bildirib.
O qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Agentlik ötən il “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin, Culfa şəhərdaxili, Darıdağ Arsenli Su Müalicə Mərkəzinin və Naxçıvan şəhəri, 6-cı küçənin avtomobil yollarını əsaslı təmir edib.
Hazırda dövlət proqramı çərçivəsində Naxçıvan şəhərinin Əliabad qəsəbəsinin daxili, Şərur rayonunun Təzəkənd avtomobil yollarında işlər davam etdirilir.
İdarə Heyətinin sədri onu da qeyd edib ki, agentlik bu il Naxçıvan şəhərinin bir neçə küçəsində və muxtar respublikanın digər rayonlarında avtomobil yollarını təmir edəcək.