Baş nazirin müavini: “Horadiz-Ağbənd avtomobil yolunda işlərin 95 %-i tamamlanıb”
İnfrastruktur
- 26 avqust, 2025
- 16:05
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda işlərin 95 %-i icra olunub.
“Report” xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.
O qeyd edib ki, Azərbaycan nəqliyyat potensialını reallaşdırmaq üçün bir sıra infrastruktur layihələri həyata keçirib: “Ölkəmiz hazırda bu istiqamətdə yeni layihələr həyata keçirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu strategiyanın əsas sütunlarındandır”.
Hökumət rəsmisinin sözlərinə görə, 110 kilometrlik Horadiz–Ağbənd dəmir yolu xəttinin 76 kilometri tamamlanıb: “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da inşası davam etdirilir".
Son xəbərlər
11:05
Dövlət xidmətində ötən il 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb
Hadisə11:03
Ötən il Dövlət Xidmətinin 172 əməkdaşı məsuliyyətə cəlb edilib
Daxili siyasət11:02
Şagird yerdəyişməsi müvəqqəti dayandırılacaq
Digər11:00
"Turan Tovuz"un yoxlama oyunlarındakı rəqiblərindən daha biri bəlli olub - YENİLƏNİB
Futbol10:58
Foto
Ötən il "Azərbaycan multikulturalizmi" fənni 65 universitetdə tədris olunub
Elm və təhsil10:49
Eldəniz Əzizli: "Aleksandr Tarakanov Azərbaycan millisinə gətirilmiş ən uğurlu baş məşqçidir"
Fərdi10:39
Türkiyə gəmisi Kerç boğazında saya oturub
Region10:33
Foto
İşğaldan azad edilmiş ərazilərdə 7 mindən çox LED işıqlandırma qurğusu quraşdırılıb
Energetika10:19