Baş Ələt dəmir yolu stansiyasında yeni yoldəyişən qurğu quraşdırılır

Baş Ələt dəmir yolu stansiyasında yeni yoldəyişən qurğu quraşdırılır Bakı. 16 mart. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Baş Ələt stansiyasının cüt boğazlarında 3 ədəd yoldəyişən qurğu təmir olunur.
İnfrastruktur
1595
16 Mart , 2018 11:12
Baş Ələt dəmir yolu stansiyasında yeni yoldəyişən qurğu quraşdırılır

Bakı. 16 mart. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Baş Ələt stansiyasının cüt boğazlarında 3 ədəd yoldəyişən qurğu təmir olunur.

“Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, işləri “5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 133 yoldəyişən yenisi ilə əvəz olunub. 

Orphus sistemi