“BakuBus”un sürücüsünün hərəkətinə görə şirkətə xəbərdarlıq olunub - VİDEO

“BakuBus”un sürücüsünün hərəkətinə görə şirkətə xəbərdarlıq olunub - VİDEO Bakı Nəqliyyat Agentliyi tabeliyindəki “BakuBus” MMC-yə məxsus avtobusların sürücülərinin sükan arxasında mobil telefonla danışmasına görə şirkətə xəbərdarlıq edib.
İnfrastruktur
1367
7 İyul , 2021 16:19
“BakuBus”un sürücüsünün hərəkətinə görə şirkətə xəbərdarlıq olunub - VİDEO

Bakı Nəqliyyat Agentliyi tabeliyindəki “BakuBus” MMC-yə məxsus avtobusların sürücülərinin sükan arxasında mobil telefonla danışmasına görə şirkətə xəbərdarlıq edib.

Bu barədə “Report”a açıqlamasında Agentliyin mətbuat katibi Mais Ağayev sürücülərdən birinin telefonla danışarkən qəza törətməsinə münasibət bildirərkən deyib.

“Sərnişindaşımalarda təhlükəsizliyin təmin olunması ən vacib məqamlardan biridir. Bununla bağlı “BakuBus” da daxil bütün daşıyıcılara mütəmadi olaraq tapşırıq və tövsiyələr verilir. Sərnişinlərin həyatı üçün ciddi təhdid yaradan hərəkətlərin yolverilməz olduğunu qeyd edərək bildiririk ki, sözügedən məsələ ilə bağlı “BakuBus”a xəbərdarlıq edilib. Analoji halların təkrarlanmaması üçün təcili surətdə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib. Videodan da göründüyü kimi, sükan arxasında mobil telefondan istifadə, sürücünün ani diqqətsizliyi məhz bu cür qəzalara, insan həyatının itirilməsinə səbəb olar. Ona görə də bir daha nəinki avtobus, ümumiyyətlə sükan arxasında olan bütün sürücülərə bildiririk ki, yol hərəkəti qaydalarına əməl etsinlər”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi