"BakuBus"ın rəhbəri işdən azad edilib, yeni təyinat olub
İnfrastruktur
- 16 yanvar, 2021
- 08:32
Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-yə rəhbərlik edən Azər Qasımov vəzifəsindən azad edilib.
“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Tural Mahmudova həvalə olunub. O, vəzifəsinin icrasına yanvarın əvvəlindən başlayıb.
Yeni direktor bu vəzifəyə təyin ediləndən əvvəl Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəhbəri olub.
Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.
Son xəbərlər
13:34
Foto
İsmayıllıda avtomobil qəzası olub, 2 nəfər ölüb, 6-sı xəsarət alıb - YENİLƏNİB
Hadisə13:33
Şimali Koreya Yaponiya istiqamətində 10-a yaxın ballistik raket buraxıb
Digər ölkələr13:32
Gürcüstan Azərbaycandan neft məhsulları idxalını 2 dəfədən çox artırıb
Energetika13:31
Kubanda müəssisəyə PUA-nın düşməsi nəticəsində yanğın baş verib
Region13:17
MN-nin həbsdə olan Hərbi Həkim Komissiyasının sabiq rəisi məhkəmədən azadlığa buraxılıb
Hadisə13:15
Azərbaycanda 7 ayda 1 600 kiloqramdan çox qızıl istehsal edilib
Sənaye13:09
Foto
Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib
Hadisə12:57
Paşinyan: Hökumətin yeni proqramı "Real Ermənistan" konsepsiyası üzərində qurulub
Xarici siyasət12:52
Foto