“BakuBus” təkər almaq istəyir

“BakuBus” təkər almaq istəyir Şirkət bunun üçün açıq tender elan edib
İnfrastruktur
19 Avqust , 2017 13:17
“BakuBus” təkər almaq istəyir

Bakı. 19 avqust. REPORT.AZ/ “BakuBus” MMC 302 ədəd “Iveco” markalı avtobusa (151 ədəd “Iveco Crealis” və 151 ədəd “Iveco Urbanay”) tələb olunan 275/70Р22,5 ölçülü təkərlərin satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 2 min manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 14-nə qədər, tender təklifi və onun dəyərinin 5%-i qədər bank təminatını isə sentyabrın 21-nə qədər “BakuBus”ın Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan yolunun 1-ci km-liyində yerləşən ofisinə təqdim etməlidirlər.

Təkliflərə sentyabrın 22-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi