“Baku Bus”a daha bir marşrut xətti həvalə edilib

“Baku Bus”a daha bir marşrut xətti həvalə edilib Bakıda 17 saylı müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib
İnfrastruktur
11 Dekabr , 2017 14:07
“Baku Bus”a daha bir marşrut xətti həvalə edilib
Report

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda 17 saylı müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib.

“Report” Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, dəyişikliyə səbəb, marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcının fəaliyyətinin qənaətbəxş səviyyədə olmaması, eyni zamanda, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq çatışmazlıqları aradan qaldırmamasıdır.

“17 saylı marşruta aid avtobusların gündəlik xətdə olarkən təsdiq edilmiş hərəkət sxeminə uyğun fəaliyyət göstərmədiyi və hərəkətin intensiv olduğu küçə və prospektlərdə geridönmə manevri edərkən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması müəyyən edilib. Bununla yanaşı, sərnişinlərdən marşrut xətti ilə bağlı “141” Çağrı Mərkəzinə çoxsaylı şikayətlər daxil olub. Qeyd edilən nöqsanlar barədə dəfələrlə marşrutun daşıyıcısına rəsmi və şifahi xəbərdarlıq olunub, o cümlədən Çağrı Mərkəzinə daxil olmuş şikayətlər daşıyıcının elektron ünvanına göndərilib, amma daşıyıcı heç bir ciddi tədbir görməyib”, - məlumatda qeyd olunub.

Dekabrın 16-dan qüvvəyə minəcək dəyişiklikdən sonra 17 saylı müntəzəm marşrut xətti üzrə “BakuBus” MMC-ə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar Bakı sakinlərinə xidmət edəcək. Bununla nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 20-yə çatdırılır.

“Müntəzəm marşrut xətti üzrə sərnişindaşıma ilə bağlı müəyyənləşdirilən tələblərə əməl etməyən, ən əsası avtobus bazasını yeniləməyən və nağdsız ödəniş sisteminə keçməyən digər daşıyıcılar barəsində də analoji addımlar atılacaq”, - BNA bəyan edib.

Son xəbərlər

Orphus sistemi