Baksol yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baksol yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Bakının Nərimanov rayonunun Baksol yolunda aprelin 2-də saat 08:00-dan 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
İnfrastruktur
30 Mart , 2023 12:32
Baksol yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Nərimanov rayonunun Baksol yolunda aprelin 2-də saat 08:00-dan 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, buna səbəb dəmir yolu xətti üzərində aparılacaq təmir işləridir.

Agentlik sürücülərə qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi