Bakının Qaraçuxur qəsəbəsindəki küçələrdən biri əsaslı təmir edilir - VİDEO

Bakının Qaraçuxur qəsəbəsindəki küçələrdən biri əsaslı təmir edilir - VİDEO Müəyyən hissələrdə yol genişləndiriləcək
İnfrastruktur
24 May , 2017 09:44
Bakının Qaraçuxur qəsəbəsindəki küçələrdən biri əsaslı təmir edilir - VİDEO
Azeravtoyol.gov.az

Bakı. 24 may. REPORT.AZ/ Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki Etibar Bəkirov küçəsi əsaslı təmir olunur. 

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, təmir küçənin İlqar Musayev küçəsi ilə kəsişməsinədək olan 1,9 km-lik hissəsində aparılır.

Yolun 1,4 km-lik hərəkət hissəsinin eni genişləndirilərək 9 metr, qalan 500 m-lik hissəsinin eni isə 12 metr təşkil edəcək.

"Yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Hazırda qazılmış və genişləndirilmiş hissələrə karbonat materialı tökülərək kipləşdirilmə işləri aparılır. Yolun asfaltlanması üçün görülən işlər başa çadırıldıqdan sonra 20 min kv. m sahəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək",- deyə məlumatda bildirib.

Bundan başqa, E.Bəkirov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində 1,5 m enində piyada səkiləri inşa edilib. Piyada səkisinin salınması üçün 5000 p/m səki daşından istifadə edilib. Asfaltlanma işləri zamanı piyada səkilərinin hərəkət hissəsinə də asfalt-beton örtüyün salınması nəzərdə tutulub.

Layihəyə uyğun olaraq yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 6 yerdə ehtiyat keçidlər salınacaq, 15 ədəd kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunacaq, yağış sularını ötürmək üçün 7 ədəd yağış barmaqlıqları qoyulacaq, həmçinin 6 yerdə yolun altından dəmir-beton borular da quraşdırılacaq.

Qeyd edək ki, təmir-tikinti işləri tamami ilə başa çatdıqdan sonra zəruri olan yerlərdə 55 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yol göstərci xətlərinin şəklişi işləri aparılacaq.

Son xəbərlər

Orphus sistemi