Bakının Nizami rayonunun Şirin Mirzəyev küçəsi təmir edilir

Bakının Nizami rayonunun Şirin Mirzəyev küçəsi təmir edilir Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Şirin Mirzəyev küçəsinin Qara Qarayev prospektindən Mehdi Abbasov küçəsinə qədər olan hissəsini əsaslı təmir edir.
İnfrastruktur
28 İyun , 2022 17:35
Bakının Nizami rayonunun Şirin Mirzəyev küçəsi təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Şirin Mirzəyev küçəsinin Qara Qarayev prospektindən Mehdi Abbasov küçəsinə qədər olan hissəsini əsaslı təmir edir.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, təmir olunan bu hissənin uzunluğu 500, eni ortalama 12 metr təşkil edir.

Aparılan təmir işləri çərçivəsində küçəboyu deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib, hazırda frezlənmiş əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, zəruri olan yerlərdə vətəndaşların rahat, təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi işləri davam edir.

Artıq küçənin 4 500 kv.m sahəsinə asfalt örtüyü döşənib, piyada səkiləri bərpa olunaraq 1 200 kv.m sahəsi asfaltlanıb, əraziyə 1 600 p/m yeni səki daşları düzülüb.

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin parking yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Anoloji təmir işləri hazırda Nizami rayonunda Yenikənd və Məmmədəli Şərifli küçələrində də aparılır.

Bu ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6,25 km təşkil edən 9 küçə təmir edilir.

Agentlik ötən il Nizami rayonunda ümumi uzunluğu 5,5 km təşkil edən 7 küçəni təmir edib.

Son xəbərlər

Orphus sistemi