Bakı. 25 mart. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonu ərazisində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, məhdudiyyətə səbəb xətlərdən birində qəzanın baş verməsidir.
Belə ki, “+82 Şərq” su anbarının çıxış xətlərinin birində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.