Bakının Nəsimi rayonunda 4 küçədə təmir işləri aparılır

Bakının Nəsimi rayonunda 4 küçədə təmir işləri aparılır Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Nərimanov rayonunda ümumi uzunluğu 1 161 metr olan 4 küçədə təmir işləri aparır.
İnfrastruktur
10 Mart , 2022 10:53
Bakının Nəsimi rayonunda 4 küçədə təmir işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Nəsimi rayonunda ümumi uzunluğu 1 161 metr olan 4 küçədə təmir işləri aparır.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, bunlar 360 metr uzunluğa və 9 metr enə malik Nəcəf bəy Vəzirov, 220 metr uzunluğa və 8 metr enə malik Hüseynqulu Sarabski, 286 metr uzunluğa və 10 metr enə malik Mərdanov qardaşları, 295 metr uzunluğa və 10 metr enə malik Ağadadaş Qurbanov küçələridir.

Aparılan işlər çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənib, yol yatağının yararsız qruntu qazılaraq kənarlaşdırılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib, yararsız səki daşları sökülərək yeni səki daşları ilə əvəz edilib, ardınca isə asfaltlanma işləri icra olunub.

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təşkili üçün küçələrin bəzi hissələrində parklanma yerləri təşkil edilib, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb və bu çərçivədə işlər davam etdirilir.

Hazırda təmir işləri A.Qurbanov küçəsinin Məhəmməd Naxçıvani və Abbasqulu ağa Bakıxanov küçələri arasında yerləşən hissəsində aparılır, köhnə asfalt-beton örtüyü yenilənir.

Son xəbərlər

Orphus sistemi