Bakının Nazim İsmayılov küçəsi əsaslı təmir edilib

Bakının Nazim İsmayılov küçəsi əsaslı təmir edilib Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 3,2 km uzunluğa malik Nazim İsmayılov küçəsi əsaslı şəkildə təmir edilib.
İnfrastruktur
279
3 Dekabr , 2021 14:33
Bakının Nazim İsmayılov küçəsi əsaslı təmir edilib

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 3,2 km uzunluğa malik Nazim İsmayılov küçəsi əsaslı şəkildə təmir edilib.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, eni ortalama 10 metr təşkil edın küçədə aparılmış təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib, mümkün ərazilərdə parkinq yerləri təşkil edilib. Daha sonra isə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılıb.

Təmir aparılan küçə Bakıxanov qəsəbəsində vətəndaşların əsas istifadə etdiyi ərazilərdən biri olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarıb.

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Sabunçu rayonu ərazisində təmirə ehtiyacı olan və ümumi uzunluğu 9 km təşkil edən qəsəbədaxili küçə və yol təmir edilib.

Belə ki, rayonun Bakıxanov qəsəbəsində 3,1 km uzunluğa malik Bəşir Bünyadov küçəsi, Bilgəh qəsəbəsində hər birinin uzunluğu 1 km olan Əliağa Ağayev və Rəsul Rza küçələri, Ramana qəsəbəsində uzunluğu 700 metr təşkil edən Mərkəzi küçə də əsaslı şəkildə təmir edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında AAYDA 2019-2020-ci illərdə isə Sabunçu rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 200 km-dən çox olan küçə və yolu təmir edib.

Son xəbərlər

Orphus sistemi