Bakının mərkəzində daha bir yol bağlanıb

Bakının mərkəzində daha bir yol bağlanıb Məhdudlaşdırmaya səbəb Bakı Şəhər İcra Hakimiyyətinin apardığı təmir işləridir
İnfrastruktur
26 Fevral , 2015 17:16
Bakının mərkəzində daha bir yol bağlanıb

Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün axşam saatlarından etibarən Bakı şəhərinin Salatın Əsgərova küçəsinin Mərdanov qardaşları küçəsi ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Report” Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata əsasən bildirir ki, məhdudlaşdırmaya səbəb Bakı Şəhər İcra Hakimiyyətinin həmin yolda apardığı təmir işləri, asfalt örtüyünün yenilənməsdir.

Qeyd edək ki, sürücülərə alternativ olaraq Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrindən istifadə etmələri tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi