Bakının iki qəsəbəsinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

Bakının iki qəsəbəsinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq “Azərsu” ASC Bakının Suraxanı rayonunun Binə (1) və Sabunçu rayonunun Zabrat (2) qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün 2 açıq tender elan edib.
İnfrastruktur
103
10 Mart , 2022 09:26
Bakının iki qəsəbəsinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

“Azərsu” ASC Bakının Suraxanı rayonunun Binə (1) və Sabunçu rayonunun Zabrat (2) qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün 2 açıq tender elan edib.

“Report” xəbər verir ki, hər iki tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 20-si, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 29-u, saat 16:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə mayın 4-də, saat 16:00-da yuxarıda qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi