Bakının iki mərkəzi küçəsində xətlərin yenidən rənglənməsi işləri aparılacaq - XƏBƏRDARLIQ

Bakının iki mərkəzi küçəsində xətlərin yenidən rənglənməsi işləri aparılacaq - XƏBƏRDARLIQ Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları xahiş edilir
İnfrastruktur
24 Fevral , 2019 12:11
Bakının iki mərkəzi küçəsində xətlərin yenidən rənglənməsi işləri aparılacaq - XƏBƏRDARLIQ

Bakı. 24 fevral. REPORT.AZ/ Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Neftçilər prospektinin Rixard Zorge küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinədək, həmçinin Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektinə doğru olan hissəsində bu gecə saat 22:00-dan səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

"Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi