Bakının ictimai nəqliyyatında yenilik

Bakının ictimai nəqliyyatında yenilik Bakının ictimai nəqliyyatında daha bir yeniliyin tətbiqinə başlanılıb.
İnfrastruktur
9 Fevral , 2020 12:25
Bakının ictimai nəqliyyatında yenilik

Bakının ictimai nəqliyyatında daha bir yeniliyin tətbiqinə başlanılıb. 

"Report" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, artıq Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür. Sürücülər onlara Mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı "sürücü ekranı" cihazları vasitəsilə əldə edir.

İlk belə məlumatlandırma bu gün həyata keçirilib. Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib.

Son xəbərlər

Orphus sistemi