Bakının Heydər Əliyev prospektində qəza nəticəsində dağılmış divar bərpa edilir

İnfrastruktur
  • 20 oktyabr, 2023
  • 08:03
Bakının Heydər Əliyev prospektində qəza nəticəsində dağılmış divar bərpa edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Heydər Əliyev prospektində qəza nəticəsində dağılmış divarın bərpasına başayıb.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, ötən gün axşam saatlarında Ələsgər Qayıbov küçəsi ilə Heydər Əliyev prospektinə doğru hərəkətdə olan yük maşını naməlum səbəblərdən idarəetmədən çıxaraq Heydər Əliyev prospektinin yan yolu ilə əsas yolu ayıran divara çırpılıb. Nəticədə divarın bir hissəsi deformasiyaya uğrayaraq dağılıb.

Qəza ilə bağlı məlumat daxil olan kimi əraziyə Agentliyin əməkdaşları cəlb olunub, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Artıq divarın bərpası istiqamətində ərazidə işlərə başlanılıb.

Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqlət olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.