Bakının Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Bakının Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır Bakı. 27 aprel. REPORT.AZ/ Bakının Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır.
İnfrastruktur
27 Aprel , 2018 17:50
Bakının Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Bakı. 27 aprel. REPORT.AZ/ Bakının Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, hərəkət məhdudiyyəti Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində olacaq.

Prospektdə hər iki istiqamət üzrə yan yollar boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 27-dən 28-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq.

Məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq.

Son xəbərlər

Orphus sistemi