Bakının Həsən Əliyev küçəsində yol çöküb - ƏLAVƏ OLUNUB

Bakının Həsən Əliyev küçəsində yol çöküb - ƏLAVƏ OLUNUB İlk xəbər saat 17:12-də verilib
İnfrastruktur
295
1 May , 2018 17:48
Bakının Həsən Əliyev küçəsində yol çöküb - ƏLAVƏ OLUNUB
Report/ Elchin Murad

İlk xəbər saat 17:12-də verilib

Bakı. 1 may. REPORT.AZ/ Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsindəki avtomobil yolunda çökmə baş verib.

"Report"a daxil olan məlumata görə, hazırda həmin istiqamətdə yol bağlanılıb. 

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Report"a bildirib ki, qurumun əməkdaşları da hadisə yerinə göndərilib: "Məsələ ilə bağlı məlumat veriləcək". 

***

A.Nəcəfli bildirib ki, hadisə yolu kənarında, 1 kvadrat metr ərazidə, 1 metr dərinlikdə baş verib: "Çökməyə səbəb, çox güman ki, su və yaxud kanalizasiya sızıntısıdır. Hazırda yolda hərəkətə maneə yoxdur. Əraziyə həm su idarəsindən nümayəndələr, həm də bizim əməkdaşlar cəlb olunub".

Son xəbərlər

Orphus sistemi