Bakının Hənifə Ələsgərov küçəsində piyadalar üçün səki inşa edilib

Bakının Hənifə Ələsgərov küçəsində piyadalar üçün səki inşa edilib Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Hənifə Ələsgərov küçəsində yerləşən avtobus dayanacaq məntəqəsindəki “cib”i ləğv edərək piyadalar üçün səki inşa edib.
İnfrastruktur
27 Noyabr , 2019 16:30
Bakının Hənifə Ələsgərov küçəsində piyadalar üçün səki inşa edilib

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Hənifə Ələsgərov küçəsində yerləşən avtobus dayanacaq məntəqəsindəki “cib”i ləğv edərək piyadalar üçün səki inşa edib.

Bu barədə "Report"a BNA-dan bildirilib.

Məlumatda deyilir ki, dəyişiklik həyata keçirilməmişdən əvvəl sözügedən avtobus dayanacaq məntəqəsində aşağıda göstərilən problemlər mövcud idi. Avtobus dayanacaq pavilyonu səkini zəbt etdiyindən piyadalar yolun hərəkət hissəsinə düşmək məcburiyyətində qalırdılar ki, bu da onların həyatları üçün real təhlükə mənbəyinə çevirilir. “Cib”in standartlara uyğun olmaması səbəbindən avtobuslar “cib”ə daxil ola bilmir, dayanacaq pavilyonunun önündə sərnişinlərin dayanması üçün sahə qalmırdı. Dəyişiklik həyata keçirildikdən sonra artıq avtobuslar daha qısa müddətə minib-düşməni həyata keçirir və səkiyə daha rahat yan alır, piyadalar səki ilə daha rahat və təhlükəsiz şəkildə hərəkət edir, sərinişinlər avtobusları dayanacaq pavilyonunun önündə təşkil edilmiş təhlükəsiz sahədə gözləyir. 

Bundan başqa, görmə məhdudiyyətli insanlar üçün səkidə hiss edilə bilən (tactile) döşəmələr də yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi