Bakının Göyüş Qarayev küçəsi təmir edilir

Bakının Göyüş Qarayev küçəsi təmir edilir Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Səbail rayonunun Badamdar qəsəbəsində Göyüş Qarayev küçəsinin təmirinə başlayıb.
İnfrastruktur
29 Sentyabr , 2022 16:38
Bakının Göyüş Qarayev küçəsi təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki Göyüş Qarayev küçəsinin təmirinə başlayıb.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 290 metr olan adıçəkilən küçənin təmir işləri çərçivəsində köhnə örtüyün sökülərək kənara daşınması, mövcud piyada səkilərinin bərpası, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri icra olunur.

2021-ci ildə Səbail rayonu üzrə ümumilikdə 9 kilometrə yaxın küçədə təmir işləri aparılıb. Cari ildə isə rayon üzrə ümumi uzunluğu 5 kilometr təşkil edən küçələrin təmiri işləri aparılır.

Son xəbərlər

Orphus sistemi