Bakının Füzuli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılıb

Bakının Füzuli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılıb Bu, "Sovetski"də aparılan təmir-tikinti işləri ilə əlaqədardır
İnfrastruktur
6 Fevral , 2017 14:43
Bakının Füzuli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılıb

Bakı. 6 fevral. REPORT.AZ/  Bakının Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazisində çəkilən yeni kanalizasiya xətlərinin birləşdirilərək əsas kollektora yönəldilməsini təmin etmək üçün Füzuli küçəsinin Şıxəli Qurbanov küçəsi ilə kəsişməsində qazıntı işlərinə başlanılıb. 

Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən bildirilib. 

Məlumata görə, bu məqsədlə Füzuli küçəsindən dairəyə doğru çıxış hissə müvəqqəti olaraq bağlanıb. Həmin istiqamətdən qələn avtonəqliyyat vasitələri alternativ olaraq İslam Səfərli küçəsinə yönəldilib. Sürücülər həmin yoldan istifadə edərək yenidən Şıxəli Qurbanov küçəsinə çıxa bilərlər.

Aparılan təmir-tikinti işləri zamanı ərazidə yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə hərəkətdə edilmiş daha bir müvəqqəti dəyişilik edilib. Belə ki, Azərbaycan prospektindən gələn avtonəqliyyat vasitələrinin dairəyə daxil olaraq Mirzəağa Əliyev küçəsinə doğru hərəkəti yalnız Şıxəli Qurbanov küçəsindən istifadə edib geriyə dönməklə mümkündür. Bu üzdən sürücülərin Füzuli meydanında hərəkətdə olarkən diqqətli olmaqları tövsiyə olunur.

Sözügedən ərazidə işlərin 1 həftə ərzində davam etdirilərək yekunlaşdırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi