Bakının Əlicabbar Orucəliyev küçəsində nəqliyyatın hərəkəti dayandırılıb

Bakının Əlicabbar Orucəliyev küçəsində nəqliyyatın hərəkəti dayandırılıb Bakının Nərimanov rayonunun Əlicabbar Orucəliyev küçəsi nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.
İnfrastruktur
158
12 Yanvar , 2022 09:44
Bakının Əlicabbar Orucəliyev küçəsində nəqliyyatın hərəkəti dayandırılıb

Bakının Nərimanov rayonunun Əlicabbar Orucəliyev küçəsi nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, həmin küçədə yenidənqurma işləri çərçivəsində yolda üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq. Bu çərçivədə küçədə yolun hərəkət istiqaməti dəyişdirilərək birtərəfli təşkil olunacaq.

Sürücülərə Ağa Nemətulla, Aşıq Molla Cümə, İzzəddin Həsənoğlu və digər alternativ küçələrdən istifadə etmək tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi