Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu dəqiqələrdə Bakı şəhərinin əksər hissələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesi (paytaxt istiqamətində), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Binəqədi şosesi (şəhər mərkəzi istiqamətində), Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanası istiqamətində), həmçinin, Rəşid Behbudov küçəsi (Türkiyə səfirliyinin qarşası), Afiyəddin Cəlilov küçəsi, Şah İsmayıl Xətai prospektində (
Bundan başqa, Səməd Vurğun küçəsi (Vaqif küçəsi ilə kəsişmə), Tbilisi prospekti (Nəqliyyat Nazirliyi istiqamətində), İnşaatçılar prospekti (Dövlət Statistika Komitəsinin qarşısı) və Niyazi küçəsində (Neftçilər prospekti, Qız qalasının qarşısı) də nəqliyyat vasitələri ləng hərəkət edir.