Bakının daha bir rayonunda yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsünün xərci açıqlanıb

İnfrastruktur
  • 28 oktyabr, 2024
  • 10:42
Bakının daha bir rayonunda yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsünün xərci açıqlanıb

Bakının Xətai rayonunun Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntü işlərinə 1 milyon 296 min 436,17 manat sərf olunacaq.

"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Tikinti işlərini "RAMCO" QSC aparacaq. O, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi olub.

Müqaviləyə əsasən, işlərin bu ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, müqavilə predmeti olan işlərin xərci ehtimal olunan qiymətdən 438 min manat və ya 25 % az olub.

44 filmi