Bakının daha bir prospektində avtobus zolaqları təşkil edilib

Bakının daha bir prospektində avtobus zolaqları təşkil edilib Zolağın təşkili ilə isərnişinlərin səfər müddəti isə 20 dəqiqədən 4 dəqiqəyədək azalacaq
İnfrastruktur
10 Fevral , 2021 14:06
Bakının daha bir prospektində avtobus zolaqları təşkil edilib

Paytaxtın küçə və prospektlərində avtobus zolaqlarının təşkili işləri davam etdirilir. Bu çərçivədə M.K.Atatürk prospekti üzrə üfüqi nişanlanma xətlərinin çəkilməsinə başlanılıb.

"Report" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, avtobus zolağı prospektin daha çox sıxlıq halları və ləngimələr müşahidə olunan istiqamətində Əlövsət Əbdülrəhimov küçəsilə kəsişməsindən Səttar Bəhlulzadə küçəsilə kəsişməsinədək olan hissəsində təşkil olunacaq.

Prospektin qeyd olunan hissəsindən 15 marşrut xətti üzrə 231 avtobus keçir. Gündəlik olaraq bu avtobuslardan 140 000 nəfərə yaxın sərnişin istifadə edir. Lakin bu istiqamətdə yolda müşahidə olunan nəqliyyat sıxlığı avtobusların hərəkət qrafikinin 15-20 dəqiqə bəzən isə daha uzun müddətə gecikməsinə səbəb olur. Nəticədə avtobsularda və prospekt boyunca dayanacaqlarda sərnişin sıxlıqları yaranır, sərnişinlərin səyahət müddəti lüzumsüz yerə artır.

Zolağın təşkili ilə isə pik saatlarda avtobuslararası interval stabilləşəcək, orta hərəkət sürəti artacaq, sərnişinlərin səfər müddəti isə 20 dəqiqədən 4 dəqiqəyədək azalacaq.

Son xəbərlər

Orphus sistemi