Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
“Report” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Babək prospekti, mərkəz istiqamətində;
3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
4. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
5. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
6. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
7. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
10. Zərifə Əliyeva küçəsində;
11. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
12. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
13. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
14. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
15. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
16. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.