Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur Təmir işləri ilə əlaqədar Ə.Salamzadə küçəsi bağlanıb
İnfrastruktur
14 Fevral , 2015 13:36
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakı. 14 fevral. REPORT.AZ/ Bü gün günorta saatlarında Bakı şəhərinin Moskva prospektində, 20 Yanvar dairəsindən mərkəz istiqamətində nəqliyyatın sıxlığı müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Report”a verilən məlumata görə, Ə.Salamzadə küçəsinin kənar yolunda asfalt örtüyünün yenilənməsi səbəbindən yol bağlanıb.

Təmir səbəbi ilə Tbilisi prospektində də nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Asfalt örtüyünün yenilənməsinin 2-3 günə yekunlaşacağı gözlənilir.

Bundan başqa, avtomobil sıxlığı səbəbindən Atatürk prospektində ("Gənclik" metro stansiyası istiqamətində), Azadlıq prospekti, Həsən Əliyev küçəsi və A.Bakıxanov küçəsində də avtomobil sıxlığı müşahidə olunur.