Bakının bir neçə rayonunda içməli su problemi olacaq

Bakının bir neçə rayonunda içməli su problemi olacaq Məhdudiyyətə səbəb Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun genişləndirilməsidir
İnfrastruktur
208
2 Avqust , 2016 09:48
Bakının bir neçə rayonunda içməli su problemi olacaq

Bakı. 2 avqust. REPORT.AZ/ Avqustun 2-də gün ərzində Abşeron rayonunun Bağlar massivinə, eyni zamanda Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Report”a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən magistral su xətlərinin yeri dəyişdirilir.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi