Bakının Binə qəsəbəsində yol-piyada təhlükəsizliyinin səviyyəsi artırılıb

Bakının Binə qəsəbəsində yol-piyada təhlükəsizliyinin səviyyəsi artırılıb Əli İsazadə küçəsinin "Ədalət parkı"-nın qarşısından keçən hissəsində müvafiq tədbirlər görülüb
İnfrastruktur
26 May , 2021 17:02
Bakının Binə qəsəbəsində yol-piyada təhlükəsizliyinin səviyyəsi artırılıb

Bakı Nəqliyyat Agenliyi paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində yol-piyada təhlükəsizliyinin səviyyəsinin artırılması istiqamətində tədbirləri davam etdirir.

"Report" xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu dəfə Əli İsazadə küçəsinin "Ədalət parkı"-nın qarşısından keçən hissəsində müvafiq tədbirlər görülüb. Bu çərçivədə ərazidə:

- svetofor obyektləri quraşdırılıb;

- müvafiq yol nişanları və nişanlanma xətləri təşkil edilib;

- nizamlanan eyni səviyyəli piyada keçidləri çəkilib;

- eyni səviyyəli piyada keçdilərinin önündə panduslar inşa olunub.

Nəticədə:

- kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb;

- hərəkətin növbəliliyi təmin olunub;

- əlçatanlıq səviyyəsi artırılıb.

Son xəbərlər

Orphus sistemi