Bakının Binə qəsəbəsində yeni işıqforlar quraşdırılıb

Bakının Binə qəsəbəsində yeni işıqforlar quraşdırılıb Əlçatanlıq səviyyəsi artırılıb
İnfrastruktur
3 Aprel , 2021 12:08
Bakının Binə qəsəbəsində yeni işıqforlar quraşdırılıb

Bakı Nəqliyyat Agentliyinin (BNA) mütəxəssisləri 100 minə yaxın əhalinin yaşadığı paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində əsaslı araşdırmalar aparıb, mövcud nəqliyyat problemlərini öyrənib.

"Report" bu barədə BNA-ya istinadən xəbər verir.

Məlumata görə, aşkar edilmiş problemlərin aradan qaldırılması istiqamətində mərhələli şəkildə müxtəlif tədbirlər həyata keçirilməkdədir.

Bu istiqamətdə görülən işlər çərçivəsində növbəti önəmli addım atılaraq Əli İsazadə və Qəzənfər Musabəyov küçələrinin kəsişməsində işıqforlar quraşdırılıb, yol hərəkətinin təşkilində nəqliyyat axınlarına uyğun dəyişikliklər həyata keçirilib, nizamlanan eyni səviyyəli piyada keçidləri təşkil edilib.

Nəticədə kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin olunub, nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə yaşayan sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb.

Bundan öncə də Binə qəsəbəsində, Əli İsazadə və Fuad Aynalov küçələrinin kəsişməsində svetofor obyektləri quraşdırılaraq sakinlərin istifadəsinə verilib. Hazırda isə adı çəkilən qəsəbədə, Əli İsazadə küçəsində yerləşən “Ədalət parkı”nın qarşısında da bu istiqamətdə işlər aparılır.

Həmçinin növbəti mərhələlərdə əvvəlcədən hazırlanmış layihə əsasında Binə qəsəbəsində yeni avtobus dayanacaq məntəqələri təşkil ediləcək, müvafiq yol nişanları quraşdırılacaq, nizamlanan və nizamlanmayan eyni səviyyəli piyada keçidlərinin sayı artırılacaq.

Son xəbərlər

Orphus sistemi