Bakının bəzi mərkəzi yollarında sıxlıq yaranıb

Bakının bəzi mərkəzi yollarında sıxlıq yaranıb Sıxlığa səbəb avtomobillərin intensiv hərəkətidir
İnfrastruktur
24 Fevral , 2015 14:36
Bakının bəzi mərkəzi yollarında sıxlıq yaranıb

Bakı. 24 fevral. REPORT.AZ/ Fevralın 24-də günorta saatlarında Bakı şəhərinin bəzi küçə və prospektlərində avtomobil çoxluğu səbəbilə nəqliyyatın sıxlığı müşahidə olunur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Report”a verilən məlumata görə, Bakı-Sumqayıt şosesi (Bakı Beynəlxalq Avtovağzalının qarşısı, şəhər istiqamətində), Mehdi Hüseyn və Şeyx Şamil küçələri (“İçərişəhər” metrosu istiqamətində), Azadlıq prospekti (“28 May” metrosu istiqamətində) və Rəşid Behbudov küçəsinin 28 May küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Son xəbərlər

Orphus sistemi