Bakının bəzi mərkəzi küçələri bağlanıb

Bakının bəzi mərkəzi küçələri bağlanıb "Formula-1" beynəlxalq yarışı ilə əlaqədar paytaxtın müəyyən hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İnfrastruktur
267
13 İyun , 2016 09:48
Bakının bəzi mərkəzi küçələri bağlanıb

Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin bəzi küçələrində nəqliyyat vasitələrinin sıxlığı yaranıb. Paytaxtın mərkəzi küçələrində isə bu həftə başlayacaq "Formula-1"  beynəlxalq yarışı ilə əlaqədar hərəkət məhdudlaşdırılıb. 

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Belə ki, hazırda Bülbül prospekti ("Sahil" metro stansiyasının qarşısı), Azadlıq prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsi, Zərifə Əliyeva küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsi, habelə Neftçilər prospektinin Əziz Əliyev küçəsi (Qoşa Qala qapısı istiqamətində) ilə kəsişməsindəki yollar avtomobillərin hərəkəti üçün bağlıdır. 

Eyni zamanda, paytaxtın Mikayıl Hüseynov prospekti (mərkəzə doğru, alternativ olaraq Dövlət Dəniz Administrasiyası istiqamətində hərəkət mümkündür), Binəqədi şosesi və Ziya Bünyadov prospektində (hər iki istiqamətdə) avtomobillərin hərəkətində nisbi sıxlıq müşahidə edilir. 

Son xəbərlər

Orphus sistemi