Bakının bəzi ərazilərində su olmayacaq

Bakının bəzi ərazilərində su olmayacaq Bakı. 20 sentyabr. REPORT.AZ/ Sentyabrın 21-də gün ərzində Biləcəri, Binəqədi və Masazır qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
İnfrastruktur
255
20 Sentyabr , 2018 18:46
Bakının bəzi ərazilərində su olmayacaq
Azərsu / Report

Bakı. 20 sentyabr. REPORT.AZ/ Sentyabrın 21-də gün ərzində Biləcəri, Binəqədi və Masazır qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Report”a “Azərsu” ASC-dən verilən məlumata görə, məhdudiyyətlər Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi