Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib

Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir
İnfrastruktur
830
23 Fevral , 2021 16:59
Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Buz bağlama ehtimalını nəzərə alaraq yollardakı elektron tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

"Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir", - deyə qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi