Bakının Baş planının hazırlanması ilə bağlı
"Report"un xəbərinə görə, iclasda çıxış edən Komitənin sədr müavini Dövlətxan Dövlətxanov bildirib ki, bu günə qədər 31 dövlət qurumunun şəhərin inkişafına dair təqdim etdiyi müxtəlif məlumatlar sistemləşdirilərək vahid baza şəklində formalaşdırılıv və Baş plan üzərində çalışan mütəxəssislər qrupunun istifadəsinə verilib.
Daha sonra Baş Planın hazırlanması üzrə keçirilmiş beynəlxalq tenderin qalibi “AS+P” şəhərsalma şirkətinin nümayəndəsi - layihə rəhbəri Frank Höf çıxış edərək Bakının inkişaf prioritelərinə əsaslanaraq işlənmiş bir neçə şəhərsalma baxışları və həlləri ilə bağlı ilkin təklifləri müzakirə üçün təqdim edib. Təqdim olunmuş şəhər planlaması baxışları (1) “Çoxmərkəzli şəhər nüvəsinin formalaşdırılması və ərazilərdənsəmərəli istifadə”, (2) “Şəhər əhalisinin mobilliyini təmin edən ictimai nəqliyyat şəbəkələri və onların inteqrasiyası”, habelə (3) “Müasir şəhər iqtisadiyyatı - gələcək iqtisadi inkişafı şərtləndirəcək hərəkətverici amillər” kimi mövzuları əhatə edib.
Daha sonra İşçi Qrupun iclası sözügedən mövzulardan hər biri üzrə ixtisaslaşan təşkilatların nümayəndələrinin iştirakı ilə 3 paralel sessiya formatında davam edib. DŞAK rəsmiləri və Komitənin məsləhətçisi olan “BCG” şirkətinin nümayəndələrinin idarə etdiyi sessiyalarda hər 3 mövzu üzrə təklif olunmuş baxış və həllərə dair ətraflı müzakirələr aparılıb, aidiyyəti dövlət qurumlarının rəyləri dinlənilib. Eyni zamanda, iclasda təqdim olunmuş və Bakının Baş planının reallaşdırılmasında təkanverici qüvvə rolunu oynayacaq, şəhərin qısa- və uzunmüddətli perspektivdə davamlı və sistemli inkişafına xidmət edəcək bəzi strateji layihələrin də müzakirəsi və ilkin qiymətləndirilməsi təşkil olunub.
Xatırladaq ki, işçi qrupunun ilk iclası bu ilin iyun ayında baş tutub və fəaliyyəti Prezident