Bakı. 12 iyun. REPORT.AZ/ Bakının Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün paytaxtın Nəsimi rayonunun 1,2,3,4,5-ci mikrorayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Report" bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
Yaranacaq narahatlıqla əlaqədar qurum abunəçilərdən üzr istəyir.