Bakıdan şimal-qərb rayonlarına avtobusların marşrutu dəyişdirilib

Bakıdan şimal-qərb rayonlarına avtobusların marşrutu dəyişdirilib Bu, sərnişinlərin təhülkəsizliyi məqsədilə reallaşdırılıb
İnfrastruktur
6 Dekabr , 2016 17:23
Bakıdan şimal-qərb rayonlarına avtobusların marşrutu dəyişdirilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanda müşahidə edilən hava şəraiti ilə əlaqədar və təhlükəsizlik tədbirləri çərçivəsində bu il də Bakı Beynəlxalq Avtovağzalından ölkənin şimal-qərb hissəsinə yerinə yetirilən avtobus reyslərinin marşrutuna dəyişiklik edilib. 

Bunu "Report"a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev bildirib. 

"Hər il hava şəraiti ilə əlaqədar, həmçinin sərnişinlərinin təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə ölkənin şimal-qərb regionlarına hərəkət edən avtobuslar Ağsu dolaylarından keçmir. Qış mövsümündə nəqliyyat vasitələri hərəkətlərini Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir hissəsindən həyata keçirir. Bu, hər hansı bir rayona hərəkətin məhdudlaşdırılması demək deyil" - M.Abdullayev bildirib. 

Qeyd edək ki, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı "Facebook" sosial şəbəkəsində Bakı-Şamaxı istiqamətində reyslərə məhdudiyyət qoyulduğunu yazıb.

"Əlverişsiz hava şəraiti ilə əlaqədar və təhlükəsizlik səbəbindən Bakı Beynəlxalq Avtovağzalından Bakı-Şamaxı istiqamətində reyslərə məhdudiyyətlər qoyulub" - Ş.Mehmanqızı qeyd edib.

Son xəbərlər

Orphus sistemi