Bakıdan Amsterdama birbaşa aviareys açılır

Bakıdan Amsterdama birbaşa aviareys açılır AZAL artıq mayın 17-dən uçuşlara başlamaq niyyətindədir
İnfrastruktur
12 Oktyabr , 2016 10:08
Bakıdan Amsterdama birbaşa aviareys açılır

Bakı. 12 oktyabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakıdan Amsterdama (Niderland) birbaşa uçuşlara başlayacaq. “Report”un Niderland mediasına istinadən verdiyi məlumata görə, uçuşlar gələn ilin mayın 17-dən başlayacaq.

Məlumatda deyilir ki, təyyarələr Heydər Əliyev Hava Limanından Amsterdamın əsas aeroportu olan Sxiphola (Schiphol) uçacaq. Bundan öncə bu istiqamətdə Niderlandın KLM aviaşirkəti uçuşlar həyata keçirib.

Həftədə 4 dəfə həyata keçiriləcək uçuşlar üçün hələ konkret vaxt müəyyən edilməyib. Hazırda proqram rəsmi təsdiq edilmə mərhələsindədir. Digər bir variantla isə “Air France” aviaşirkəti Parisdən (Fransa) keçməklə Amsterdama uçuşların təşkilini Azərbaycan tərəfinə təklif edir.

Qeyd olunur ki, AZAL aviaşirkəti hələ 2011-ci ildə bu istiqamətdə uçuşlara başlamaq istəsə də, o zaman cəhdi uğursuz olub.

Son xəbərlər

Orphus sistemi