Bakıdakı işıqforlardan birinin iş rejimində dəyişiklik edilib

Bakıdakı işıqforlardan birinin iş rejimində dəyişiklik edilib Bakı. 25 fevral. REPORT.AZ/ Bakının Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində yerləşən işıqforun iş rejimində dəyişiklik edilib.
İnfrastruktur
25 Fevral , 2019 17:12
Bakıdakı işıqforlardan birinin iş rejimində dəyişiklik edilib

Bakı. 25 fevral. REPORT.AZ/ Bakının Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində yerləşən işıqforun iş rejimində dəyişiklik edilib.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, bundan sonra kəsişmədə H.Cavid prospektindən sağa gedən nəqliyyat vasitələri düzünə istiqamətlənən nəqliyyat vasitələri ilə eyni vaxtda hərəkət edə biləcəklər. 

Dəyişiklik, vətəndaşların BNA-ya ünvanladığı çoxsaylı müraciətlər nəzərə alınaraq edilib və yol hərəkətinin təşkilinin səmərəliliyinin artırılması məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi