Bakıdakı avtobuslarda kondisionerlərin işləməsinə nəzarət gücləndiriləcək

Bakıdakı avtobuslarda kondisionerlərin işləməsinə nəzarət gücləndiriləcək Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi paytaxtda müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən şirkətlərə yay mövsümünə keçidlə əlaqədar zəruri tədbirlərin görülməsi üçün xəbərdarlıq məktubu göndərilib.
İnfrastruktur
1 İyun , 2022 10:03
Bakıdakı avtobuslarda kondisionerlərin işləməsinə nəzarət gücləndiriləcək

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi paytaxtda müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən şirkətlərə yay mövsümünə keçidlə əlaqədar zəruri tədbirlərin görülməsi üçün xəbərdarlıq məktubu göndərilib.

Bunu "Report"un sorğusuna cavab olaraq Agentliyin mətbuat katibi Mais Ağayev bildirib.

"Son günlər havanın temperatur göstəricilərinin artdığını nəzərə alaraq bir daha daşıyıcılara tapşırıqlar verilib ki, bu gündən sərinləndirmə sistemlərini işə salsınlar. Tapşırığın icrası ilə bağlı nəzarət tədbirləri görüləcək. Ortaya hər hansı bir çatışmazlıq çıxarsa müvafiq daşıyıcıya onun qısa vaxtda aradan qaldırılmasına dair tapşırıq veriləcək", - M.Ağayev qeyd edib.

Son xəbərlər

Orphus sistemi