Bakıda yolun ortasına beton qarışığının tökülməsi sıxlığa səbəb olub

Bakıda yolun ortasına beton qarışığının tökülməsi sıxlığa səbəb olub Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb
İnfrastruktur
203
19 Fevral , 2021 17:32
Bakıda yolun ortasına beton qarışığının tökülməsi sıxlığa səbəb olub

Bakının Heydər Əliyev prospektinin şəhər mərkəzi istiqamətində kənar yolunda nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar metronun “İçəri şəhər”, “28 May”, “Gənclik”və “Nəriman Nərimanov” stansiyaları istiqamətində ekspres və müntəzəm xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb.

"Bu artıq bu gün eyni yolda avtomobillərin hərəkətində qeydə alınan 2-ci sıxlıq halıdır. Bu dəfə sıxlığa səbəb Bağırov körpüsü adlanan tuneldən çıxışda beton qarışdıran mikserli yük avtomobilindən yolun hərəkət hissəsinə beton qarışığının tökülməsidir", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi