Müstəqillik illərində Bakıda tikilmiş 67 binanın istismarına hələ də icazə verilməyib.
“Report”un xəbərinə görə ki, bunu Bakıda keçirilən "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda keçirilən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.
"19 fevral 2019-cu ildə ölkə prezidenti “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanın icra edildiyi müddətdə 8 milyon kvadratmetrdən artıq yaşayış sahəsi mənzil sahiblərinin mülkiyyətinə verilərək, onlara sənəd təqdim edilib. Bununla da təxminən 85 min ailə öz mənzili üzərində mülkiyyət hüququ əldə edib. Təəssüf ki, 67 binanın istismarına hələ də icazə verilməyib. Bunun da səbəbləri var. Qüsurların aradan qaldırılması üçün lazım olan vəsait barədə arayış mərkəzi icra hakimiyyəti orqanlarına təqdim olunub. Ümid edirik ki, bu məsələ də öz həllini tapacaq”,- deyə o bildirib.